- Ana səhifə
- Fəaliyyətlərimiz
- Beynəlxalq əlaqələr
- Forumlar və tədbirlər
Daşkənd şəhərində“Doʻstlik”yaradıcılıq festivalı
Özbəkistan 2025
24–27 iyul tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən keçiriləcək “Doʻstlik” bədii yaradıcılıq festivalı çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və AHİK-in ilk üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti rəsmi səfərdə olublar.
Səfər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq onun büstünün ziyarəti ilə başlanmış, ardınca Heydər Əliyev adına Mədəniyyət Evinə baş çəkilmişdir.
Səfər çərçivəsində Özbəkistan Mədəniyyət, İdman və Turizm Sahələri İşçiləri Həmkarlar İttifaqı Respublika Şurası ilə görüş keçirilmiş, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.
Festival Orta Asiya və Türk Dünyası xalqlarının iştirakı ilə keçirilmiş və qardaş ölkələrin həmkarlar ittifaqları arasında dostluq və mədəni əməkdaşlığı daha da gücləndirmək məqsədi daşımışdır.