Bu bölmədə təşkilatın fəaliyyəti, ictimai çıxışları, verdiyi bəyanatlar və gündəmlə bağlı rəsmi açıqlamalar yer alır.
Xəbərlər
MİHİ-dən Ən Son Xəbərlər
Mövzu
Mövzu
Sırala
Sırala
Tarix seç
_1756739092618.webp)
Maştağa Mədəniyyət Mərkəzində "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti keçirilmişdir.
"Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti
19 iyun tarixində Maştağa Mədəniyyət Mərkəzində 27 nömrəli Uşaq Musiqi Məktəbinin "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti keçirilib.
Səhnədə çıxış edən gənc ifaçılar qazandıqları musiqi biliklərini tədbir zamanı nümayiş etdiriblər.
Qeyd edək ki, təqdim olunan bu çıxışlar pedoqoji heyətin əzmkarlığının nəticəs
Ətraflı oxu
"Sizin Həmkar" 17.06.2025-ci il tarixində İlk üzv təşkilatlarla görüş keçirilib.
17 iyun 2025-ci il tarixində ilk üzv təşkilatlarla geniş tərkibli görüş keçirilib.
Görüşün əsas məqsədi təşkilatlar arasında qarşılıqlı əlaqəni gücləndirmək, görülmüş işlər və qarşıda duran hədəflərlə bağlı müzakirələr aparmaq idi.
Eyni zamanda tədbir zamanı verilən suallar cavablandırılıb və birgə əməkdaşlığın daha səmərəli təşkili üçün təkliflər irəli sürülüb.
Ətraflı oxu_1756737602887.webp)
Qazax rayon komitəsi Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” intellektual oyunu keçirdi.
Qazax şəhər Heydər Əliyev parkında 15 İyun - Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? formatında intellektual oyun baş tutub.
7 komandanın tərkibində 35 gəncin iştirak etdiyi intellektual oyunda ümumilikdə 24 sual səsləndirilib.
Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "RAVENCLOW" komandası oyunun qalibi olaraq "IQ Pro" kubokunu qazandılar. "Egoist" komandası II, "Dəli dahilər" komandası isə III yeri tutub.
Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla və medallarla təltif olunublar.
Qeyd edək ki, intellektual oyun "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Qazax Rayon Komitəsinin dəstəyi ilə və “Nəfis dad” şirniyyat evinin tərəfdaşlığı ilə keçirilib.
Ətraflı oxu
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər həyata keçirilib.
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin missiyası və müstəqil Azərbaycanın inkişafında oynadığı rolu geniş şəkildə tədbir iştirakçılarına çatdırılıb.
Fərqli bölgələrdə təşkil olunan tədbirlər zamanı maarifləndirici çıxışlar edilib, həmçinin də müxtəlif sosial fəaliyyətlər təşkil olunub.
Ətraflı oxu
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yaşıllaşdırma tədbiri təşkil edildi.
Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yaşıllaşdırma tədbiri təşkil olunub.
Tədbirin əsas məqsədi milli birlik və vətənpərvərlik ruhunu təbliğ etmək və ekoloji dəyərlərin qorunmasına töhfə vermək idi.
Ətraflı oxu
MİHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir və sərgi təşkil olunub.
13.06.2025-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Neftçala rayon komitəsinin təşkilatçılığı ilə X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində, Neftçala Dövlət Rəsm Qalereyasında Milli Qurtuluş Günü ilə əlaqədar tədbir və sərgi təşkil olunub.
Ətraflı oxu_1756736372306.webp)
Qurban bayramı münasibəti ilə şəhid ailəsi ziyarət olundu.
Qurban bayramı ilə əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı əməkdaşları tərəfindən şəhid ailəsi ziyarət olunub.
Ətraflı oxu
5 iyun tarixində AHİK-in üzv təşkilatları – MİHİ və AEST-in birgə təşkilatçılığı ilə Qurban bayramına həsr olunmuş bayram tədbiri keçirildi.
5 iyun tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən Qurban bayramı münasibəti ilə tədbir keçirilib.
Ətraflı oxu_1756735518597.webp)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında iştirak edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 113-cü sessiyasında iştirak edib. Sessiyada əmək hüquqları, sosial müdafiə və həmkarlar ittifaqlarının beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Ətraflı oxu