#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !

Orqanlar

Konfrans

Konfrans Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının  Ali orqanıdır.  Konfrans həmin təşkilat üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Konfransın qərarları səsvermədə iştirak edənlərin  sadə səs çoxluğu ilə qəbul olunur.
Konfrans

Respublika Komitəsi

Respublika Komitəsi seçkili orqandır. Konfrans Respublika Коmitəsinin  tərkibini  müəyyənləşdirir və seçir. Respublika Komitəsinin iclasları (plenumları) Komitənin Rəyasət Heyəti tərəfindən zərurət olduqda, lakin ildə bir dəfədən az olmayaraq çağırılır.  Respublika Komitəsinin iclasları həmin orqanların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Respublika Komitəsinin səsvermədə iştirak edən üzvlərinin yarıdan çoxunun lehinə səs verdiyi qərar qəbul olunmuş sayılır.
Respublika Komitəsi

Rəyasət Heyəti

Konfranslararası dövrdə Həmkarlar İttifaqının işinə rəhbərlik etmək üçün Respublika Komitəsi tərəfindən Rəyasət Heyətini seçilir. Rəyasət Heyəti 5 il müddətinə seçilir. Həmkarlar İttifaqının işinə rəhbərlik etmək üçün Rəyasət Heyəti öz iclaslarını keçirir. Rəyasət Heyətinin iclasları ayda bir dəfə keçirilir. İclasları həmin orqanların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.  Səsvermədə iştirak edən üzvlərinin yarıdan çoxunun lehinə səs verdiyi qərar qəbul olunmuş sayılır.
Rəyasət Heyəti