Mədəniyyət sahəsində çalışan əməkdaşların əmək hüquqlarının qorunması və layiqli iş şəraitinin təmin olunmasına, işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və üzvlərə sosial-iqtisadi dəstək mexanizmlərinin formalaşdırılmasına yönəlmiş, gender siyasətini təşviq edən, beynəlxalq standart və təcrübələrə əsaslanan, hüquqi maarifləndirmə və əmək mübahisələrinin həllində dəstək göstərən, üzvlərin həmrəyliyini möhkəmləndirən və kollektiv dəyərləri təşviq edən, əməkdaşların istirahət, sağlamlıq və mədəni inkişafını, eləcə də fərdi inkişafını təmin edən tədbir və layihələri müasir standartlar, rəqəmsal imkanlar və gələcək tendensiyalar əsasında həyata keçirən nüfuzlu həmkarlar ittifaqı olmaq.
MİSSİYAMIZ
Mədəniyyət sahəsində çalışan əməkdaşların əmək hüquqlarının qorunmasına və layiqli iş şəraitinin təmin edilməsinə, işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və üzvlərə sosial-iqtisadi dəstək göstərilməsinə dəstək verməklə, gender bərabərliyini təşviq edən, beynəlxalq standart və təcrübələrə uyğun hüquqi maarifləndirmə və əmək mübahisələrinin həllində yardım göstərməklə, üzvlərin həmrəyliyini və kollektiv dəyərlərini möhkəmləndirən, eləcə də onların istirahət, sağlamlıq, mədəni və fərdi inkişafına yönəlmiş tədbir və layihələr təşkil etməklə, ölkədə mədəniyyət işçilərinin sosial rifahına və peşəkar inkişafına töhfə vermək.





