15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Azərbaycan Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin müxtəlif şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını, milli dövlətçilik ideyalarının inkişafındakı rolunu və müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzolunmaz xidmətləri tədbir iştirakçılarına geniş şəkildə çatdırılmışdır. Maarifləndirici tədbirlər çərçivəsində müzakirələr, təqdimatlar və interaktiv sessiyalar təşkil olunaraq, gənc nəslin milli dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunun gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, müxtəlif bölgələrdə sosial yönümlü aksiyalar – o cümlədən 15 İyuna həsr olunmuş yaşıllaşdırma aksiyası da həyata keçirilmişdir. Ekoloji yönümlü bu tədbirin əsas məqsədi vətənə sevgi və təbiətə qayğı kimi dəyərləri təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etmək olmuşdur.






_1755178520295.webp)








