#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !
“İlin Peşəkar Gənci” fəxri adı təqdim olunub

“İlin Peşəkar Gənci” fəxri adı təqdim olunub

01 avqust 2024-cü il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının beş fəal gənc üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-cü il üzrə elan etdiyi “İlin Peşəkar Gənci” fəxri adına layiq görülüb. Təltif olunan gənclərə AHİK-in Fəxri Diplomu, döş nişanı və vəsiqələri təqdim edilib. Eyni zamanda, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən də bu fəxri ada layiq görülən üzvlər mükafatlandırılıb. Bu mükafat, həmkarlar ittifaqı sıralarında fərqlənən və ictimai fəaliyyətləri ilə seçilən gənclərin tanıdılması və təşviqi məqsədi daşıyır.