#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !
“Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirildi

“Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirildi

19 iyun 2025-ci il tarixində Maştağa Mədəniyyət Mərkəzində 27 nömrəli Uşaq Musiqi Məktəbinin “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirildi. Tədbir Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuşdur. Konsertdə məktəbin müxtəlif yaş qruplarını təmsil edən şagirdləri solo və ansambl çıxışları ilə səhnəyə çıxaraq klassik musiqi, xalq melodiyaları və müasir əsərlərdən ibarət repertuarla tamaşaçıların qarşısında öz istedad və hazırlıq səviyyələrini nümayiş etdirdilər.
Tədbirdə iştirak edən valideynlər, müəllimlər və həmkarlar ittifaqı nümayəndələri tərəfindən uşaqların sərgilədiyi performans yüksək qiymətləndirildi. Bu cür tədbirlər təkcə musiqi təhsilinin nəticələrini təqdim etməklə kifayətlənmir, eyni zamanda uşaqlarda özünəinamın, səhnə mədəniyyətinin və kollektiv çalışmanın formalaşmasında mühüm rol oynayır. Qeyd olundu ki, təqdim edilən bu çıxışlar məktəbin peşəkar pedaqoji heyətinin uzunmüddətli zəhmətinin və həmkarlar ittifaqı üzvlərinin davamlı dəstəyinin bariz nəticəsidir. Həmçinin vurğulandı ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı gələcəkdə də bu qəbildən olan mədəni təşəbbüslərin həyata keçirilməsinə dəstəyini davam etdirəcək. Tədbirin sonunda gənc ifaçılara və müəllim kollektivinə təşəkkürnamələr təqdim olundu, həmçinin gələcək konsertlər və yaradıcılıq proqramları ilə bağlı bir sıra təkliflər
səsləndirildi.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8