22 iyul 2025-ci il tarixində Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən media nümayəndələrinin iştirakı ilə anım və təbrik mərasimi təşkil olunub. Tədbir milli mətbuat tarixində mühüm yer tutan “Əkinçi” qəzetinin nəşr olunmasından günümüzədək keçilən zəngin inkişaf yolunun dəyərləndirilməsi və bu sahədə çalışan jurnalistlərin əməyinə hörmətin ifadəsi kimi keçirilmişdir.
Mərasimdə çıxış edənlər jurnalistikanın cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında və obyektiv informasiyanın çatdırılmasında əvəzsiz rolunu vurğulayıblar. Milli mətbuatın azad söz, peşəkarlıq və ictimai məsuliyyət prinsiplərinə əsaslanaraq bu gün də inkişaf etdiyini bildiriblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rəhbərliyi adından tədbir iştirakçılarına təşəkkürlər bildirilib, media əməkdaşları təbrik olunub, onlara peşə fəaliyyətlərində uğurlar və möhkəm mənəvi dayanıqlıq arzulanıb. Eyni zamanda, fərqlənən jurnalistlərə xatirə
hədiyyələri təqdim olunub. Səmimi mühitdə keçən tədbir musiqi nömrələri və kollektiv xatirə fotosu ilə tamamlanıb.


_1755181160826.webp)