#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !
Qazaxda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Qazaxda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Qazax rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici xarakter daşıyan intellektual bilik yarışı təşkil olunub. Tədbir Qazax rayon Mərkəzi Kitabxana Sistemi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda fəal oxucular və gənclər iştirak etmiş, onlar Azərbaycan Respublikasının Konstitusiyası, dövlət quruculuğu və hüquqi biliklərə dair suallar ətrafında biliklərini sınayıblar. İştirakçılar arasında sağlam rəqabət və komandalararası əməkdaşlıq mühiti yaradılıb.
Tədbirin əsas məqsədi gənc nəslin hüquqi maarifləndirilməsi, dövlətçilik və suverenlik prinsipləri barədə məlumatlandırılması, vətənə bağlılıq və ictimai fəallığın təşviqinə töhfə vermək olub. Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilib. Belə tədbirlər bir daha sübut edir ki, həmkarlar ittifaqları təkcə əmək münasibətlərinin deyil, eyni zamanda cəmiyyətin intellektual və sosial inkişafının da əsas dayaqlarından biridir.


Fotoşəkillər

item-0
item-1
item-2