#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !
Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” intellektual oyunu keçirilib

Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” intellektual oyunu keçirilib

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin təşkilatçılığı ilə “IQ Pro” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, məntiqi təfəkkürünü inkişaf etdirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub. Oyun zamanı komandalar arasında sağlam rəqabət və bilik yarışı mühiti yaranıb. Sonda qalib və mükafatçı komandaların üzvləri fəallıqlarına görə diplom və medallarla təltif olunublar. Tədbir həm maarifləndirici layihə, həm də əyləncəli formatda həyata keçirilərək iştirakçılar arasında böyük maraqla qarşılanıb.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5