13.06.2025-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Neftçala rayon komitəsinin təşkilatçılığı ilə X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində, Neftçala Dövlət Rəsm Qalereyasında Milli Qurtuluş Günü ilə əlaqədar tədbir və sərgi təşkil olunub.

İcma Fəaliyyəti
MİHİ Neftçala rayon komitəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir və sərgi təşkil olunub.
23sentyabr 1, 2025
Əlaqəli xəbərlər
_1756737602887.webp)
Qazax rayon komitəsi Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” intellektual oyunu keçirdi.
Qazax şəhər Heydər Əliyev parkında 15 İyun - Qurtuluş Gününə həsr olunmuş “IQ Pro” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? formatında intellektual oyun baş tutub.
7 komandanın tərkibində 35 gəncin iştirak etdiyi intellektual oyunda ümumilikdə 24 sual səsləndirilib.
Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "RAVENCLOW" komandası oyunun qalibi olaraq "IQ Pro" kubokunu qazandılar. "Egoist" komandası II, "Dəli dahilər" komandası isə III yeri tutub.
Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla və medallarla təltif olunublar.
Qeyd edək ki, intellektual oyun "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Qazax Rayon Komitəsinin dəstəyi ilə və “Nəfis dad” şirniyyat evinin tərəfdaşlığı ilə keçirilib.
Ətraflı oxu_1756731154938.webp)
MİHİ Şəki Rayon Komitəsinin dəstəyi ilə bilik yarışı keçirilib.
MİHİ Şəki Rayon Komitəsinin dəstəyi ilə bilik yarışı keçirilib!
20–21 may tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və suverenlik ili” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə məktəblilər arasında “İrəliləyiş və zəfər” adlı bilik yarışı keçirilib.
Tədbir MİHİ və ATİAHİ-nin Şəki Rayon Komitələrinin dəstəyi, Heydər Əliyev Mərkəzi və Təhsil Sektorunun təşkilatçılığı ilə baş tutub. Yarışda rayonun 22 məktəbi iştirak edib, finalda isə 6 komanda mübarizə aparıb.
MİHİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva və ATİAHİ-nin sədri Ziyafət Xasıyeva çıxış edərək tədbirin təhsil və gənclərin inkişafı baxımından önəmini vurğulayıblar.
Yarışın nəticəsinə görə, Vərəzət kənd tam orta məktəbi I yerə, Qoxmuq kənd tam orta məktəbi II yerə, Aşağı Göynük kənd tam orta məktəbi isə III yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yarışın əsas məqsədi şagirdlərin analitik düşüncə, komanda işi və biliklərini inkişaf etdirməkdir.
Ətraflı oxu
5 iyun tarixində AHİK-in üzv təşkilatları – MİHİ və AEST-in birgə təşkilatçılığı ilə Qurban bayramına həsr olunmuş bayram tədbiri keçirildi.
5 iyun tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən Qurban bayramı münasibəti ilə tədbir keçirilib.
Ətraflı oxu
"Sizin Həmkar" 17.06.2025-ci il tarixində İlk üzv təşkilatlarla görüş keçirilib.
17 iyun 2025-ci il tarixində ilk üzv təşkilatlarla geniş tərkibli görüş keçirilib.
Görüşün əsas məqsədi təşkilatlar arasında qarşılıqlı əlaqəni gücləndirmək, görülmüş işlər və qarşıda duran hədəflərlə bağlı müzakirələr aparmaq idi.
Eyni zamanda tədbir zamanı verilən suallar cavablandırılıb və birgə əməkdaşlığın daha səmərəli təşkili üçün təkliflər irəli sürülüb.
Ətraflı oxu_1756735518597.webp)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında iştirak edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 113-cü sessiyasında iştirak edib. Sessiyada əmək hüquqları, sosial müdafiə və həmkarlar ittifaqlarının beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Ətraflı oxu
Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub.
Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub!
2025-ci ildən etibarən Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.
Mayın 22-də Bakı Xoreoqrafiya Akademiyasında növbəti infotur təşkil olunub. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Elkiyar Ziyadov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri Cəsarət Valehov, Milli Məclisin deputatları, sənət xadimləri və digər rəsmi şəxslər iştirak ediblər. Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib. İlk mərhələdə Bakı və Abşeron-Xızı bölgələrindən 1759 müəllim attestasiyaya cəlb olunub, onlardan 1183-ü uğurla keçib.
Mayın 12-dən isə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 568 müəllim prosesə qoşulub. Attestasiyada iştirak edə bilməyən müəllimlər üçün əlavə imkanlar yaradılıb.
Qeyd edək ki, mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır. Bu mərhələyə hazırlıq məqsədilə maarifləndirici görüşlər təşkil olunur. Görüşlərdə ifa, nəzəriyyə və musiqi ədəbiyyatı üzrə vacib mövzular müzakirə edilir və bu görüşlərin davamlılığı planlaşdırılır.
Ətraflı oxu
Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirildi.
Mədəniyyət Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı arasında keçirilmiş görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra təşəbbüslər müzakirə olundu. Görüşdə mədəniyyət sahəsində çalışan işçilərin sosial rifahı, peşə inkişafı və yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı vacib məsələlər gündəmə gətirildi.
Bu əməkdaşlıq mədəniyyət sahəsində çalışan əməkdaşların hüquqlarının qorunmasına, yaradıcı potensialın inkişafına və sosial dəstəyin gücləndirilməsinə xidmət edəcək.
Ətraflı oxu_1756733322605.webp)
MİHİ üzvlərinə 28 May Müstəqillik Gününə həsr olunmuş konsertə və 1 İyun Uşaqların beynəlxalq Müdafiəsi Gününə özəl sirk biletləri təqdim olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlərinə və onların övladlarına bayram münasibətilə xüsusi hədiyyələr təqdim edib.
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkil etdiyi konsert proqramına həmkarlar ittifaqı üzvlərinə biletlər verilib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə isə üzvlərin övladlarına sirk biletləri təqdim olunub. Bu təşəbbüs balacaların sevincinə səbəb olmaqla yanaşı, ailə dəyərlərinin önəmini və həmkarlar ittifaqının sosial qayğısını bir daha göstərib.
Ətraflı oxu
"Səhnə arxası-2 Yaradıcı düşün, biliklə yön ver" adlı intellektual oyunlardan ibarət tədbir təşkil olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Nazirliyin Aparatının rəhbər heyəti və əməkdaşları üçün “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunlardan ibarət tədbir təşkil olundu.
Ətraflı oxu_1756730732472.webp)
Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin II Plenumu keçirilib.
19.05.2025-ci il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin II Plenumu keçirilib. Plenumda Komitənin fəaliyyəti müzakirə olunub, gələcək prioritet istiqamətlər müəyyənləşdirilib və bir sıra təşkilati məsələlərə baxılıb. Tədbirdə həmkarlar ittifaqının inkişafı və mədəniyyət işçilərinin hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımlar diqqət mərkəzində olub.
Ətraflı oxu_1756734056033.webp)
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının iştirakı ilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan ixtisasartırma kursları ilə tanışlıq olub.
Attestasiya imtahanında minimal nəticə göstərmiş musiqi təhsili müəssisələrinin müəllimləri üçün Mədəniyyət Nazirliyinin təşəbbüsü və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) dəstəyi ilə ixtisasartırma kursları təşkil olunur.
MİHİ tərəfindən kursların keçirildiyi müəssisələrdə iştirak olub, təlim prosesi ilə tanışlıq aparılıb və müəllimlərin kurslarla bağlı fikir və rəyləri öyrənilib. Təlimlərin təşkili və məzmunu barədə iştirakçılar tərəfindən müsbət rəylər bildirilib.
Ətraflı oxu
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər həyata keçirilib.
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin missiyası və müstəqil Azərbaycanın inkişafında oynadığı rolu geniş şəkildə tədbir iştirakçılarına çatdırılıb.
Fərqli bölgələrdə təşkil olunan tədbirlər zamanı maarifləndirici çıxışlar edilib, həmçinin də müxtəlif sosial fəaliyyətlər təşkil olunub.
Ətraflı oxu_1756732860154.webp)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarları İttifaqı tərəfindən görkəmli xanəndə, Xalq artisti Arif Babayev ziyarət olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadovun iştirakı ilə görkəmli xanəndə, Xalq artisti Arif Babayev ziyarət olunub.
Muğam sənətimizin inkişafındakı xidmətləri görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş A. Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda, xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.
Görüş zamanı MİHİ tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Ustad sənətkara möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
Ətraflı oxu_1756739092618.webp)
Maştağa Mədəniyyət Mərkəzində "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti keçirilmişdir.
"Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti
19 iyun tarixində Maştağa Mədəniyyət Mərkəzində 27 nömrəli Uşaq Musiqi Məktəbinin "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti keçirilib.
Səhnədə çıxış edən gənc ifaçılar qazandıqları musiqi biliklərini tədbir zamanı nümayiş etdiriblər.
Qeyd edək ki, təqdim olunan bu çıxışlar pedoqoji heyətin əzmkarlığının nəticəs
Ətraflı oxu_1756736544050.webp)
_1756736544759.webp)
_1756736545555.webp)
_1756736546267.webp)
